Ruslar Xarkov vilayətində icma rəhbərini OĞURLADILAR
18-03-2022, 00:00
Ruslar Xarkov vilayətinin Velikoburlutski icmasının rəhbəri Viktor Tereşşenkonu qaçırıblar.
Qafqaz.media "Украинская Правда"ya istinadla xəbər verir ki, bu barədə Xarkov vilayətinin sədri Oleq Synegubov məlumat verib.
"Ruslar başa düşürlər ki, Xarkov vilayətində müharibəni uduzublar, Xarkovu ala bilmirlər. Onlar dinc əhaliyə, xüsusən də Xarkov vilayətinin ərazi icmalarının başçılarına qarşı terrorlarını davam etdirirlər.
Bu gün bizə xəbər gəldi ki, onlar Velikoburlutski ərazi icmasının rəhbəri Viktor Mikolayoviç Tereşşenkonu ofisindən oğurlayıblar.
Bizdə olan məlumata görə, onu iş yerinə çağırıblar, sonra bu bəhanə ilə ərazi polis idarəsinə aparıblar. İndi də orada saxlayırlar, buraxmırlar", - Synegubov bildirib.
Sinegubov deyib ki, hakimiyyət Tereşşenkonu azad etmək üçün hər şeyi edəcək.