Bakıda vəkilin avtomobilinə hücum edildi, sənədləri və mantiyası oğurlandı - VİDEO

18-03-2022, 10:25           
Bakıda vəkilin avtomobilinə hücum edildi, sənədləri və mantiyası oğurlandı - VİDEO
Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nizami Əliyevin avtomobilinə hücum edilib.

Hadisə ilə bağlı e-huquq.az-a açıqlama verən N.Əliyev bildirib ki, avtomobilinin şüşəsini sındırıb, sənədləri götürüblər: "Hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində baş verib. Mənə məxsus "Mercedes" markalı avtomobilə hücum edib, vəkil mantiyamı oğurlayıblar. Avtomobilə ciddi ziyan dəyib. Hadisə ilə bağlı polisə və Vəkillər Kollegiyasına məlumat vermişəm".

Vəkil qeyd edib ki, həmin ərazidə olan qonşusuna məxsus avtomobilin də şüşəsini sındırıb, oğurluq ediblər.

Hadisə yerindən videoçəkilişi təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru