Rusiyanın ordu qərargahı vuruldu, komandan məhv edildi

19-03-2022, 00:02           
Rusiyanın ordu qərargahı vuruldu, komandan məhv edildi
Çernobaevka hava limanında (Xerson bölgəsi) Ukrayna hərbçiləri Rusiya Federasiyasının cənub hərbi dairəsinin ordusunun komanda məntəqəsini məhv edib, onun komandiri həlak olub. UNİAN-ın məlumatına görə, bu barədə brifinqdə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

“Rusların komanda məntəqəsi və təyyarə toplama məntəqəsi kimi istifadə etdikləri Çernobaevka aerodromu bizi bir daha nəticə ilə sevindirib. Ukrayna silahlı qüvvələri Çernobaevka hava limanına yenidən zərbələr endirib. İlkin məlumatlara görə, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edilib”, - deyə Arestoviç bildirib.

Onun sözlərinə görə, bu, “LXR/DXR” “silahlı qüvvələrin” yaradılması və təchizatına cavabdeh olan istiqamət idi.

“İlkin məlumatlara görə, bu ordunun komandiri həlak olub. Ola bilsin, başqa generallar da öldürülüb. Məlumat dəqiqləşdirilir”, – Arestoviç əlavə edib.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru