Zaporojye AES-də nüvə mütəxəssislərinin mərkəzi atəşə tutuldu - FOTO
19-03-2022, 09:14
Zaporojye Atom Elektrik Stansiyası dəfələrlə rus hərbçilərin atəşinə məruz qalıb. Xüsusilə AES-də nüvə mütəxəssisləri üçün unikal təlim mərkəzi atəşə tutulub.
Bu barədə Ukraynanın "Energoatom" dövlət nüvə şirkəti məlumat yayıb.
Şirkətin məlumatında bildirilib ki, mərkəzə atəş zamanı beşmərtəbəli binanın yuxarı üç mərtəbəsi yanıb.