İşğalçı Rusiya ordusu Kiyev ətrafında səngərlər qazır - Peyk görüntüləri...

19-03-2022, 09:59           
İşğalçı Rusiya ordusu Kiyev ətrafında səngərlər qazır - Peyk görüntüləri...
“Maxar Technologies” şirkətinin yeni peyk görüntülərində rus qoşunlarının Kiyev yaxınlığında səngər qazdığı görünür,

Martın 17-də Kiyevin şimal-qərbində, Kiyev vilayətinin Borodyanski rayonunun Ozera kəndi yaxınlığında çəkilmiş görüntülərdə səngərlərdəki Rusiya hərbi texnikasını görmək olar. Teref.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın "CNN" telekanalı məlumat yayıb.

Rusiya texnikası Kiyev vilayətinin Qostomel şəhərinin Antonov hava limanı yaxınlığındakı səngərlərdə, həmçinin Borodyanka rayonunun Zdvijevka və Berestyanka kəndlərində yerləşir.

Göllər yaxınlığındakı səngərlərin fotosunu "tvitter" hesabında paylaşan "The Kyiv Independent" qəzetinin hərbi jurnalisti İlya Ponomarenko işğalçıların taktikanı “uzunmüddətli statik müharibə istiqamətində” dəyişməyə çalışacaqlarını təxmin edib.

"Ciddi resurs məhdudiyyətləri altında düşmən ərazisindəki müdafiədə "uğurlar"" - deyə hərbi jurnalist yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru