Kiyevə hücum zamanı Rusiya ordusunun tank alayı sıradan çıxarılıb
21-03-2022, 08:06
Rusiya ordusunun Kiyevə hücumu zamanı bir tank alayı sıradan çıxarılıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat yer alıb.
“Kiyevə növbəti hücum cəhdi zamanı Rusiya ordusunun 6-cı tank alayının birləşmiş dəstəsi sıradan çıxıarılıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri sayəsində onların bölmələrinin müəyyən istiqamətlərdə yanacaq və ərzaq təchizatı kəsilib”, - deyə məlumatda qeyd olunub.