Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü mühasirəyə düşüb

21-03-2022, 10:43           
Ukraynada Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü mühasirəyə düşüb
Ukraynada Çerniqov vilayətinin Kryükov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.

O deyib ki, Azərbaycanın "Volf transport" şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryükovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.

Onunla bərabər Gürcüstan və Türkiyə şirkətlərinə məxsus yük maşınları sürücüləri mühasirədədir. Azərbaycan vətəndaşı ilə bağlı müraciətlər etsələr də heç bir nəticəsi yoxdur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru