26 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü

23-03-2022, 00:08           
26 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü
Zaqatalada qadın doğuşdan sonra dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, rayonun Çökəkoba kənd sakini 26 yaşlı Rəna Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də sözügedən xəstəxananın Doğum şöbəsinə müaciət edib. Həmin gün doğum şöbəsində hamiləni müayinə edən həkim-ginekoloq Rəna Sultanova onun martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatdan sonra Rənanın qız uşağı dünyaya gətirib.

Rənanın valideyinlərinin verdiyi məlumata görə, əməliyatdan bir gün sonra qızlarının bədənində dözülməz ağrılar baş qaldırıb. Lakin həkimlər xəstənin yaxınlarına bunun ciddi bir şey olmadığını deyib.

Xəstənin vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rənanı Reanimasiya şöbəsinə yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru