Onlayn iclasa qoşulan uşaq təsadüfən atasının sirrini açdı - VİDEO

23-03-2022, 08:54           
Onlayn iclasa qoşulan uşaq təsadüfən atasının sirrini açdı - VİDEO
“Reddit” istifadəçisi uşağın atasının onlayn konfransına qoşulması və təsadüfən onun sirrini açması ilə bağlı video yayımlayıb. Video on minlərlə bəyənmə qazanıb.

Görüntülərdə uşaq həmkarları ilə videokonfransda olarkən atasının otağına girir, qollarını yelləyir, sonra isə qaçır. Bundan sonra utanan şəxs həmkarlarından üzr istəyir və qapını bağlamaq üçün oturduğu yerdən qalxır. Bu zaman həmsöhbətləri kişinin iş iclasında şalvarsız oturduğunu görürlər.

“Əla şortdur!”, - deyə konfrans iştirakçılarından biri uca səslə deyib. Bir neçə saniyədən sonra o, oturduğu yerdən qalxaraq özünün də şort geyindiyini göstərib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru