Kolumbiyalı narkobaron həbsxanadan qaçdı

23-03-2022, 09:43           
Kolumbiyalı narkobaron həbsxanadan qaçdı
Kolumbiyalı narkobaron Xuan Kastro həbsxanadan qaçıb.

“Clan del Golfo” kartelinin lideri həbsxana nəzarətçisi geyimində müəssisəni tərk edib.

O, 2021-ci ilin mayında həbs edilib.

Qaçmazdan əvvəl baronun narkotik ticarəti və çirkli pulların yuyulmasında ittiham olunduğu ABŞ-a ekstradisiyası gözlənirdi və o, Boqota həbsxanasında saxlanılırdı.

Qaçış zamanı bəzi müşahidə kameraları söndürülüb və narkobaron avtomatik üz tanıma sisteminin işə düşməsinin qarşısını almaq üçün üzünü örtərək işçilərin yanından keçib.

Kolumbiya hakimiyyəti Kastronun mühafizəçilərə rüşvət üçün azı beş milyon dollar xərclədiyindən şübhələnir.

Artıq həbsxananın rəhbəri, onun müavini və 55 mühafizəçi işdən kənarlaşdırılıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru