Rusiya qoşunlarının böyük qruplaşması mühasirəyə alınıb – Məhv edilməsi gözlənilir

24-03-2022, 00:31           
Rusiya qoşunlarının böyük qruplaşması mühasirəyə alınıb –
Ukrayna Silahlı Qüvvələri İrpin, Buça şəhərlərini və Kiyev yaxınlığındakı Qostomel qəsəbəsini mühasirəyə alıb.

UNİAN xəbər verir ki, bu barədə Milli Qvardiyanın çevik qüvvələr briqadasının zabiti Xariton Starskiy deyib.

“Onları mühasirəyə almışıq. Yaxşı xəbərlər gözləyirik. Ya onları məhv edəcəyik, ya da böyük bir qruplaşma əsir götürüləcək”, – o, əlavə edib.

Buçansk Şəhər Şurası da Facebook-da məlumat yayıb.

“Makarovskaya, Buçanskaya, İrpinskaya, Dmirovskaya icmaları (Ukraynanın inzibati əraziləri – red.) ruslar tərəfindən atəşə tutulublar, Dmirovskidə – düşmən hərəkət edir, ətraf kəndləri davamlı şəkildə atəşə tutur. Gecə saatlarında Şpıtki atəş altında idi, bu da yanğına səbəb olub. Jitomir şossesində daimi döyüşlər gedir. İrpin, Buça, Qostomel Ukrayna Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb” – məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru