Məşhur rusiyalı jurnalist təhqir və təhdid edildi

25-03-2022, 07:55           
Məşhur rusiyalı jurnalist təhqir və təhdid edildi
“Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, onun qapısına kəsilmiş donuz başı atılıb.

Həmçinin, qapıya üzərində “Judensau” (yəhudi donuzu) yazısı olan Ukraynanın gerbi yapışdırılıb.

Jurnalist bildirib ki, belə bir antisemit termin Almaniyada 13-cü əsrdə meydana çıxıb və digər ölkələrə yayılıb. Bu gün də neonasistlər bu termindən istifadə edirlər.

“Faşizmi məğlub edən ölkə. Mənim mənzilimin qapısında niyə altı guşəli ulduz yoxdur? Məni və ailəmi qorxutmaq qərarına gəliblər? Məni, o şəxsi ki, Dudayevin silahlıları güllələnməyə aparıb?”, - Venediktov “Telegram” kanalında yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru