Rusiyalı hərbçilər ukraynalı deputatı qaçırdılar: "Döyülüb, qabırğaları sınıb"

25-03-2022, 11:02           
Rusiyalı hərbçilər ukraynalı deputatı qaçırdılar:
Rusiya hərbçiləri Korabelni Rayon Şurasının deputatı və "Avropa Həmrəyliyi” fraksiyasının rəhbəri, ukraynalı siyasətçi Dmitri Afanasyevi qaçırıblar.

Bu barədə "Facebook" səhifəsində ukraynalı siyasətçi Sergey Xlan yazıb.

"Martın 22-də Xersonda rus hərbçiləri Dmitri Afanasyevi evindən oğurlayıblar. Şəhərdə dinc etiraz aksiyasının zorla dağıdılmasından sonra deputat arvadını qorumaq istəyərkən o, şiddətli şəkildə döyülüb. Nəticədə Afanasyevin bir neçə qabırğası sınıb. Hadisədən bir neçə saat sonra hərbçilər axtarış apararaq onun evinə gəliblər. İşğalçılar yerindəcə orada olanların hamısının telefonlarını götürüblər. Bundan sonra evdə olan bütün kişilər rus hərbçiləri tərəfindən aparılıb.

Ertəsi gün rusiyalı hərbçilər yenidən evdə axtarış apararaq girovlardan birini azad ediblər. O, bütün girovlara işgəncə verildiyini bildirib. /Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru