Ukrayna Kiyevdən şərqdəki şəhər və müdafiə mövqelərini geri qaytarır - Britaniya kəşfiyyatı

25-03-2022, 11:24           
Ukrayna Kiyevdən şərqdəki şəhər və müdafiə mövqelərini geri qaytarır -
Ukrayna Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarır. DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin həddindən artıq genişləndirilmiş təchizat xətlərindən geri düşməsi Ukraynaya Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarmağa imkan verib.

"Ukrayna qüvvələrinin Rusiya qüvvələrini şimal-qərb oxu boyunca Kiyevdən Hostomel aerodromuna doğru geri itələmək cəhdləri çox güman ki, davam edəcək. Ukraynanın cənubunda Rusiya qüvvələri hələ də Nikolayevdən yan keçməyə çalışır, çünki onlar qərbə - Odessaya doğru irəliləməyə çalışırlar. Logistika problemləri və Ukraynanın müqaviməti səbəbindən Rusiya qüvvələrinin irəliləyişləri yavaşlayıb", - məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru