Dünyanın hər yerinə səpələnmiş çeçen mücahidlər Ukrayna bayrağ altında birləşib rus imperiyasına qarşı savaşırlar...
25-03-2022, 16:51
Ukraynada Şeyx Mənsurun rəhbərlik etdiyi çeçenlərdən ibarət qrup “Kadırovun birlikləri”nə qarşı mübarizəyə qoşulub. Teref.az.az xəbər verir ki, bununla bağlı Ukrayna mənbələrində məlumat yayılıb. Bildirilir ki, Şeyx Mənsurun rəhbərlik etdiyi qrup Kiyevdən 20 kilometr məsafədə yerləşən İrpin şəhərində Çeçenistandan gələn döyüşçülərə qarşı cəbhə alıb. Qeyd edək ki, Ukrayna ordusu sıralarına qoşulan çeçenlərdən ibarət bir neçə qrup ruslara qarşı döyüşür və bu qruplar hər gün yeni döyüşçülərlə böyüyür. Dünyanın hər bor yerinə yayılmış çeçen mücahidləri vahid Ukrayna bayrağı altında nifrət etdikləri Rus imperiyasına və onun muzduru olan Kadırov qüvvələrinə qarşı dayanıblar! Onlar Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı mövqeyi ilə seçilir.