Beş nəfər özünü 7-ci mərtəbədən atdı: 4-ü öldü 26-03-2022, 00:10 İsveçrədəki Cenevrə gölü sahilindəki Montrö kurort şəhərində beş nəfər özünü 7-ci mərtəbədəki mənzilin eyvanından atıb.Yenisabah.az The "Daily Beast"ə istinadla xəbər verir ki, onların 4-ü hadisə yerindəcə ölüb.Sağ qalanın vəziyyətinin ağır olduğu və yerli xəstəxanaya aparıldığı bildirilir.Qonşular polisə bildiriblər ki, beş nəfərdən ibarət ailə üç il əvvəl mənzilə köçüb – qırx yaşlarında iki böyük, iki yeniyetmə və bir nənə.Polis tullananların ailə üzvləri olub-olmadığını təsdiqləməyib. Qonşulardan biri deyib ki, çoxları ailənin hansısa təriqətə mənsub olduğunu düşünüb. Facebook-da paylaş