Ukrayna kəşfiyyatı: Zelenski və Şmıqalı öldürmək istəyən "Vaqner"çilər məhv edilib

26-03-2022, 10:33           
Ukrayna kəşfiyyatı: Zelenski və Şmıqalı öldürmək istəyən "Vaqner"çilər məhv edilib
Rusiyanın “Vaqner ” özəl hərbi şirkətinin silahlıları Ukrayna prezidenti Vladimir Zelenskiyə və baş nazir Denis Şmıxala sui-qəsd planlaşdırıb.
Bu barədə CNN telekanalına müsahibəsində Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski danışıb.
"Onlar Ukrayna rəhbərliyini: bizim prezidentimizi və baş nazirimizi öldürmək istəyirdilər. Məqsəd bu idi, bəziləri uğursuz şəkildə Ukraynaya göndərildi", - deyən Lubkivski bütün sübutların Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edildiyini əlavə edib.
Müdafiə nazirinin müşaviri qeyd edib ki, Ukrayna kəşfiyyatı Ukraynada və xaricdə yaraqlıları izləyib, onlardan bir neçəsi ölkə daxilində məhv edilib.
Ukrayna kəşfiyyatının məlumatına görə, martın 20- də Putinə yaxın rus təbliğatçısı və "Vaqner"in sahibi Yevgeni Priqojinlə əlaqəli daha bir qrup silahlı Ukraynaya gəlməyə başlayıb. Cinayətkarların əsas vəzifəsi Ukraynanın ali hərbi-siyasi rəhbərliyini məhv etməkdir. //Yeniavaz.com//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru