Ukrayna ordusunun hücumu: bu ərazilər azad edildi

26-03-2022, 17:36           
Ukrayna ordusunun hücumu: bu ərazilər azad edildi
Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, ancaq döyüşlər davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Teleqram kanalında yazıb.

“Bu gün: Ukrayna ordusu yalnız mövqelərini qorumur, həm də əks-hücuma keçir. Maloy Roqani istiqamətində artıq bir neçə məntəqə işğaldan azad edilib, döyüşlər davam edir”, - o qeyd edib.

O bildirib ki, İzyum istiqamətində də müdafiə gücləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru