Şəhəri bir-birinə qatan avtoxuliqanların gecə şousu - ANBAAN VİDEO

27-03-2022, 00:05           
Şəhəri bir-birinə qatan avtoxuliqanların gecə şousu - ANBAAN VİDEO
Bakıda iki avtomobilin yarışmasının görüntüləri anbaan kameraya düşüb.

Yenisabah.az xəbər verir ki, martın 25-də paytaxtın Neftçilər prospektində yarışa çıxan VAZ-2106 və VAZ-2114 markalı avtomobillərin sürücüləri avtoxuliqanlıq hərəkətləri edib.

Belə ki, prospekt boyunca yüksək sürətlə yarışan sürücülər Dəniz Vağzalının qarşısında avtomobillərin arasında şou göstərməyə çalışıblar.

Lakin onların qarşısına qəfildən maneə çıxıb. VAZ-2106 markalı avtomobilin sürücüsü maneədən yayınıb qaça bilsə də, digər sürücü idarəetməni itirərək avtomobili 180 dərəcə fırladıb.

Xoşbəxtlikdən hadisə faciəsiz nəticələnib. Yaxınlıqdakı yol polisi əməkdaşları dərhal VAZ-2114 markalı avtomobilin qarşısını kəsərək sürücünü sükan arxasından kənarlaşdırıblar.

Görüntüləri təqdim edirik:

/Avtosfer.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru