Şimal bölgəsinə yenidən qar yağdı (FOTOLAR) 27-03-2022, 10:19 Ötən gecədən etibarən Azərbaycanın şimal bölgəsinin bəzi rayonlarında yenidən sulu qar və qar yağıb."Report"un məlumatına görə, ən çox qar Xızı rayonunda qeydə alınıb.Belə ki, hazırda Xızıda qar örtüyünün hündürlüyü 30-35 sm-dən çoxdur.Şimal rayonlarının digər dağlıq ərazilərində də sulu qar və qarın yağması davam edir. Həmçinin Quba, Qusar rayonlarında şaxtalı hava müşahidə olunur. Facebook-da paylaş