Ukraynadan rekord: Rusiya raketləri eyni anda məhv edildi

27-03-2022, 21:52           
Ukraynadan rekord: Rusiya raketləri eyni anda məhv edildi
Rusiya silahı qüvvələri Ukrayna ərazisində eyni vaxtda rekord sayda raket buraxıb.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Bildirilib ki, 52 raket Sevastopol sahilindəki Rusiyanın Qara dəniz donanmasına aid gəmilərdən, 18-i isə Belarus ərazisindən atılıb.

Həmin raketlərin istehsal xərcləri ilə birlikdə ümumi dəyərinin 340 milyon dolları ötdüyü vurğulanıb.

Bundan əlavə, Ukrayna havadan müdafiə sistemləri də raketlərin məhvinə görə rekorda imza atıb. Belə ki, Rusiyanın buraxdığı minimum 70 raketdən yalnız 8-i uça bilib, qalanları isə məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru