RUS QOŞUNLARI KİYEV ƏTRAFINDAN BELƏ GERİ ÇƏKİLİR - VİDEO

29-03-2022, 21:01           
RUS QOŞUNLARI KİYEV ƏTRAFINDAN BELƏ GERİ ÇƏKİLİR - VİDEO
ABŞ kəşfiyyatı artıq Rusiya qoşunlarının bir hissəsinin Kiyevdən çıxarılmasını müşahidə edir. Bu barədə CNN ABŞ administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin sözlərinə görə, Rusiya batalyonunun taktiki qrupları artıq Ukrayna paytaxtına bitişik bəzi əraziləri tərk edib. Kəşfiyyat bunu “böyük strateji dəyişiklik” kimi qiymətləndirib.

Eyni zamanda, ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, döyüş şəraiti imkan verərsə, Rusiya qüvvələri hər zaman yenidən əvvəlki mövqelərə yerləşdirilə bilər.

Həmçinin, bəzi Belarus KİV-ləri Rusiya Federasiyasının iri hərbi texnika karvanlarının ikinci gündür Ukraynadan Belarusa hərəkət etdiyini yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru