Floridalı cütlük Cennifer və Denni müntəzəm olaraq gündəlik həyatlarının videolarını yayımlayırlar.
Ən son paylaşımların birində bloqqerlər “Fun Delivered” platformasında müştərilərə çatdırılma zamanı itirilən müxtəlif onlayn mağazalardan malların olduğu iki qutu aldıqlarını bildiriblər.
Bağlamaların içindəkilər videonun müəlliflərini təəccübləndirib. Belə ki, qutulardan “Louis Vuitton” şərfi, stamatoloji dəst, kilim, döşəmə lampası, polimer gil, günəş batareyası adapteri və pul kisəsi çıxıb.