Bakıda şagird imtahana görə intihar etdi

31-03-2022, 10:33           
Bakıda şagird imtahana görə intihar etdi
Bakıda 15 yaşlı qız imtahana görə intihar edib.
Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.
Yeni Yasamal qəsəbəsində yaşayan 15 yaşlı Z.C qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində vəfat edib.
İlkin məlumata görə, Z.C qarşıda gözlənilən imtahandan az bal yığacağına, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. Onun buna görə psixoloji gərginlik altında intihar etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru