Ukrayna ordusundan sarsıdıcı zərbə: Rusiyanın altı generalı... - ADLAR

31-03-2022, 12:01           
Ukrayna ordusundan sarsıdıcı zərbə: Rusiyanın altı generalı... - ADLAR
Rusiya silahlı qüvvələrinin komandanlığı Ukraynaya qarşı silahlı təcavüzün başlamasından bəri yüksək rütbəli zabitlər arasından bir neçə hərbi rəhbərini itirib. Dia.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatında deyilir: “1-ci Tank Ordusunun komandanı general-leytenant Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb.

6-cı Ümumqoşun Ordusunun komandanı general-leytenant Vladislav Yerşov vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

35-ci Ümumqoşun Ordusunun komandanının müavini, qərargah rəisi general-mayor Sergey Nirkov ağır yaralanıb.

36-cı Ümumqoşun Ordu komandanının müavini, qərargah rəisi general-mayor Andrey Seritski ağır yaralanıb.

41-ci Ümumqoşun Ordusu komandanının müavini general-leytenant Andrey Suxovetski öldürülüb.

49-cu Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev həlak olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru