Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak olub

1-04-2022, 09:31           
Məşhur ukraynalı siyasətçinin əri müharibədə həlak olub
Ukrayna Ali Radasının deputatı, Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiyası üzrə müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkədə davam edən hərbi əməliyyatlar nəticəsində həlak olub.

Bu barədə Olqa Stefanşina öz “Facebook” səhifəsində məlumat yayıb.

Siyasətçi qeyd edib ki, əri Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həyatını itirib.

“O, insanları xilas etməyə çalışırdı. Övladlarımın yanında olacam, əlaqəyə çıxa bilməyəcəm. Mənim üçün çox ağırdır”, - Olqa Stefanşina yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru