Azərbaycanda 2 rayonun ləğvi ilə bağlı YENİ SƏRƏNCAM

2-04-2022, 00:06           
Azərbaycanda 2 rayonun ləğvi ilə bağlı YENİ SƏRƏNCAM
Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Publika.az xəbər verir ki, qanuna əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Bundan əvvəl Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxil idi.

Eyni zamanda, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxil idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru