Rusiya Qostomel aeroportundan çəkilib - FOTO

2-04-2022, 12:05           
Rusiya Qostomel aeroportundan çəkilib - FOTO
Rusiya Kiyevdən 29 kilometr məsafədə yerləşən Antonov Beynəlxalq Hava Limanından (Qostomel aeroportu) çəkilib.

Teref.az-ın APA-ya istinadən xəbərinə görə, “Maxar Technologies” şirkəti tərəfindən çəkilən peyk fotolarında Rusiya qüvvələrinin Antonov Hava limanını boşaltmasının görüntüləri əks olunub.

Qeyd olunub ki, paylaşılan fotolar ABŞ Müdafiə Nazirliyinin Rusiyanın Qostomel hava limanından çəkilməsi ehtimalı ilə bağlı məlumatını təsdiqləyir.
Hava limanının ələ keçirilməsi Rusiyanın Ukraynada müharibənin ilk günlərində əsas hərbi nailiyyətlərindən hesab edilirdi. Fevralın 24-də Rusiyaya məxsus hava desant qüvvələri bir neçə hücum və nəqliyyat helikopterləri ilə əraziyə enərək hava limanına nəzarəti ələ keçirmişdi.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru