Canlı yayım gedərkən klubda partlayış baş verdi - ANBAAN VİDEO
3-04-2022, 19:38
Bakıda gecə klubundakı partlayış sosial şəbəkənin canlı yayımında əks olunub.
Hadisə tanınmış aparıcı Azər Zahidlə Niko ləqəbli bloger Nicat Mütəllimov canlı yayımda yarış keçirən zaman baş verib.
Qəfil partlayış səsi eşidən Nicat Mütəllimov daha sonra hadisə yerinə doğru qaçıb.
Baş verənlər isə anbaan sosial şəbəkənin canlı yayımında əks olunub.
Xatrıladaq ki, Bakıda Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən “Location” gecə klubunda güclü partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilib.