Ukraynada Kadırovçuların "Stinqer " ləqıbli komandiri MƏHV EDİLDİ

4-04-2022, 08:03           
Ukraynada Kadırovçuların "Stinqer " ləqıbli komandiri MƏHV EDİLDİ
Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.
Teref.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir.
Bu barədə müxalif çeçen bloger Xasan Xalitov Telegram kanalında məlumat yayıb.
Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.
Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini dərc edib: “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə.
Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.
“O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, - Sergey Bratçuk özünün Telegram kanalında yazıb.
Cavid Damirli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru