Rus əsgərlər Ukraynadan oğurladıqları əşyaları Belarusda satırlar - "Onlardan pis iy gəlir..."

4-04-2022, 17:18           
Rus əsgərlər Ukraynadan oğurladıqları əşyaları Belarusda satırlar - "Onlardan pis iy gəlir..."
"Ukraynadan qayıdan, yaxud yerdəyişmə edən rusiyalı əsgərlər talan elədiklərini cənubdakı sərhəd rayonlarda belaruslulara satırlar".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Belarusun yerli saytları məlumat yayıb.

Qomeldəki Mazır şəhər sakinlərinin bildirdiyinə görə, əsgərlər Ukraynadan talan etdikləri soyuducuları, məişət əşyalarını, şinləri, bir sözlə əllərinə nə keçibsə oğurlayıblar.

Onlar hələ Qomelə təlimlərə gələndə belə maşınlardan çıxardıqları yanacağı yerli əhaliyə ucuz qiymətə təklif edirdilər.

Mazırın digər sakini isə deyir ki, çoxlu sayda rusiyalı əsgərlər barlara, mağazalara dolur, adamları əhatəyə alır, qısnayır: "Əsgərlər ya Rusiyanın mərkəzindən, ya da uzaq Sibirdən olduqlarını bildirirlər. Həm də onlardan pis iy gəlir. Mağazaya gedəndə iydən bilirsən ki, ordadırlar. Məncə, heç yuyunmurlar. Komandirləri normal şəraitdə yaşayır... Əsgərlər meşədə, çadırda, hətta anbarlarda qalırlar. Ruslar özlərini dünyanın ağası kimi aparırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru