Ukrayna hərbçiləri Rusiya ordusunun SNAR-10M1 radar kəşfiyyat stansiyasını ələ keçirdi
5-04-2022, 00:13
Ukrayna silahlı qüvvələri Rusiya ordusunun SNAR-10M1 radar kəşfiyyat stansiyasını ələ keçirib.
SNAR-10M1 radarı rus ordusuna 2000-ci illərin ortalarında verilib.
Ukrayna ordusu daha bir maraqlı və nadir qənimət əldə edib. Bu hərəkətli hədəflərinin kəşfiyyatı üçün nəzərdə tutulan SNAR-10M1 mobil radiolokasiya stansiyasıdır. Bu syansiyanın fotoşəkili Ukraynanın şimalında ələ keçirilən Rusiya ordusundan qənimət götürülən digər texnikalar ilə birlikdə internetdə yayımlanıb.