Hindistanlı qadının sayıqlığı 200-ə yaxın adamın həyatını xilas etdi

5-04-2022, 09:47           
Hindistanlı qadının sayıqlığı 200-ə yaxın adamın həyatını xilas etdi
Hindistanlı qadın qatarı və sərnişinləri mümkün qəzadan xilas edib.

O, işə yollanarkən təsadüfən relslərdə olan çatı aşkar edib və dərhal qatar yoluna çıxaraq qırmızı milli paltarını yelləyərək maşinistə xəbərdarlıq etməyə başlayıb.

“Dərhal anladım ki, böyük bir faciə baş verə bilər” - deyə qadın jurnalistlərdən birinə hadisəni danışarkən söyləyib.

Qadın bir müddət dəmir yolu üzərində dayanıb və qatarın yaxınlaşmasını gözləyib.

Qatarın uzaqdan yaxınlaşdığını görən Omvata Devi onu dayandırmaq üçün qırmızı paltarını yelləməyə başlayıb.

Sürücü təcili əyləcə basa bilib və nəticədə heç kim xəsarət almayıb.

Qeyd olunur ki, həmin vaxt qatarda 150-200 sərnişin olub.

Mənbə: Goodnews Network












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru