Ukrayna Silahlı Qüvvələri son sutkada iki böyük uğura imza atıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.
Qeyd olunub ki, öncə hava hücumundan müdafiə və ya hava qüvvələri İl-22 tipli unikal təyyarəni vurub. Bundan əlavə, Ukrayna hərbçiləri Rusiya donanmasının “Admiral Essen” sinifli freqatına zərər vurmağa nail olub.