Erməni deputatı Xankəndində döydülər - SƏBƏB

5-04-2022, 09:34           
Erməni deputatı Xankəndində döydülər - SƏBƏB
Ermənistan parlamentinin deputatı, bu ölkənin Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Edmon Marukyan Xankəndi bazarında döyülüb. Teref.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, bir neçə gün əvvəl Marukyan Xankəndinə səfər edib və o şəhərdəki bazara baş çəkib. Bazarda bir qrup qadın ona hücum edərək, təhqir ediblər. Daha sonra isə onu əllərindəki əşyalarla vurublar. “Həmin qadınlar yığışıb onun başına itin oyununu açıblar. Hətta əllərindəki əşyalarla onu kötəkləməkdən də çəkinməyiblər. Səbəb kimi isə Marukyanın əvvəllər müxalifətdə, daha sonra isə Nikol Paşinyanın yanında olması göstərilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru