Ukrayna Silahlı Qüvvələri “Stuqna”dan rus helikopterini vurub – VİDEO

6-04-2022, 00:03           
Ukrayna Silahlı Qüvvələri “Stuqna”dan rus helikopterini vurub – VİDEO
Aprelin 5-də Ukraynanın 95-ci briqadasının hərbçiləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında düşmənə məxsus Ka-52 helikopterini Ukrayna istehsalı olan “Stuqna” raketi ilə vurublar.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram kanalında məlumat verib.

“Bu kadrlara baxın! Dişinə qədər silahlanmış ən müasir rus helikopteri bizim oğlanları öldürmək üçün havaya qalxdı. Amma son nəticədə dəmir parçasına çevrildi”, – onun məlumatında deyilir.

Geraşenko həmçinin əlavə edib ki, atəş nəticəsində iki rusiyalı pilot məhv edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru