Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü: Vətəndaşlara müraciət olunub

6-04-2022, 10:16           
Ukraynada kimyəvi gübrələr qrunt sularına düşdü: Vətəndaşlara müraciət olunub
Ternopol vilayətində Ukrayna ordusu tərəfindən zərərsizləşdirilən raketin bir hissəsi mineral gübrə anbarı saxlanılan yerə düşüb.

Nəticədə ammonyak tərkibli gübrə olan konteyner zədələnib.

Bu barədə Ternopol Regional Hərbi İdarəsinin rəhbəri Volodimir Truş məlumat verib.

O qeyd edib ki, kimyəvi gübrələr qrunt sularına düşüb.

“Yerli sakinlərdən quyulardan içməli suyun istifadəsini müvəqqəti məhdudlaşdırmaq xahiş olunur. Ekoloqlar 3-4 günə vəziyyətin normallaşacağını bildirirlər”, - Volodimir Truş qeyd edib.

Mənbə: Segodnya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru