İki yaşlı Cansunun üzərinə qaynar su tökülüb - FOTO

6-04-2022, 12:05           
İki yaşlı Cansunun üzərinə qaynar su tökülüb - FOTO
Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Belə ki, iki yaşlı Cansunun üzərinə qaynar su ilə dolu vedrə aşıb.

Atası Əli Qanzayev bildirir ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə paltaryuyan maşın suyu yaxşı isitmədiyi üçün vedrə ilə suyu qızdırıb içinə tökürük. Həyat yoldaşım suyu qaynatdıqdan sonra yerə qoyub və otaqdan çıxıb. Bu zaman qızım əlini vedrəyə salıb. Əlinin yandığını hiss etdikdə dərhal vedrədən çıxarmaq istəyib, lakin bu zaman köynəyi vedrənin kənarına ilişib və yıxılıb. Qaynar su ilə dolu vedrə onun üzərinə aşıb. Qarnı, ayaqları, əlləri yanıb. Hadisə bir həftə əvvəl baş verib. 5 nömrəli Şəhər Kliniki Xəstəxanasındayıq. Özüm fəhlə işlədiyim üçün övladımı müalicə etdirməkdə çətinlik çəkirəm. İmkanı olan şəxslərdən mənə yardım göstərmələrini xahiş edirəm”.

Əlaqə nömrəsi: 050 703 81 84 (atası)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru