Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü - FOTO

6-04-2022, 10:02           
Azərbaycanlı zavod direktoru dəmiryolu vağzalında qəfil öldü - FOTO
Rusiyanın Lipetsk Sement Zavodunun baş direktoru Elvin Məmmədov Moskvada qəfil vəfat edib. Dia.az lent.az-a istinadla xəbər verir ki, o, dəmiryolu vağzalında Lipetske getmək istyərkən qatarı gözləyəndə ürək tutmasından ölüb.

Beş növ sement istehsal edən “LipetskSement” şirkəti “AvroSementQrup” Holdinqə daxil olub və Avropanin ən böyük sement istehsalçısıdır.

Qeyd edək ki, Elvin Məmmədov Əliş Məmmədovun oğludur. 1958-ci ildə Şəkinin Orabon kəndində doğulmuş Əliş Məmmədov Rusiya Federasiyası Saxa Respublikası IV, V və VI çağırış Dövlət Məclisinin (İl Tumen) deputatı, Saxa Respublikasının əməkdar inşaatçısı, "Yakutsement" İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin Baş Direktoru olub.

O, hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatımızın başçısıdır.

Elvin Məmmədov

Əliş Məmmədov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru