Daxili Qoşunların N saylı hərbi hissəsində hərbçinin döyülməsini əks etdirən görüntülər yayılması ilə bağlı məlumat vermişdik. Respublika Hərbi Prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.