Bakıda kişi tüfənglə arvadını, daha sonra özünü öldürüb

6-04-2022, 17:27           
Bakıda kişi tüfənglə arvadını, daha sonra özünü öldürüb
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub

Bakıda qətl törədilib. TEREF.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Sabunçu rayonu ərazində Rasim Xəlilov həyat yoldaşı Misli Xəlilovanı özünə məxsus qanuni ov tüfəngi ilə güllələyərək öldürüb, sonra özünə atəş açaraq intihar edib.

Məlumatda qeyd olunub ki, indiyə qədər ailədə münaqişə olması ilə bağlı polisə məlumat daxil olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb. Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru