Solovyovun villasını yandırdılar

7-04-2022, 08:43           
Solovyovun villasını yandırdılar
İtaliyada rusiyalı teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd ediblər. AzVision.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Bildirilir ki, çərşənbə günü səhər saatlarında naməlum şəxslər İtaliyanın Komo şəhərində Vladimir Solovyova məxsus villaya ziyan vurublar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Yanğın törədənlərin təkərlərdən istifadə etdiyi qeyd edilir. Nəşrin məlumatına görə, Komoda Solovyova məxsus başqa bir evə də hücum olub. Mənzilə daxil olanlar mülkə zərər vurublar, onlar divarlarda xüsusi qeydlər yazıblar.

Məqalədə qeyd edilir ki, Komo əyalətinin polisləri yanğınla bağlı araşdırmalara başlayıb və onlar müşahidə kameralarındakı görüntüləri əldə ediblər. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları aparıcının özü ilə də əlaqə saxlayıblar.

Nəşrin məlumatına görə, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var.

Xatırladaq ki, mart ayında Avropa İttifaqı Ukrynadakı hadisələrlə əlaqədar bir sıra Rusiya vətəndaşlarına sanksiya tətbiq etmişdi. Onların arasında Solovyov da var idi. Onun adının siyahıya salınmasından sonra villasına da həbs qərarı çıxarılı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru