Hindistanda “Omikron”un yeni növünə yoluxma qeydə alınıb 7-04-2022, 09:28 Hindistanın Mumbay şəhərində koronavirusun “Omikron” ştammının yeni - XE növünə yoluxma faktı qeydə alınıb.Belə ki, “Omikron” ştammının yeni növü Cənubi Afrikadan Mumbaya gəlmiş 50 yaşlı qadında aşkar edilib.Qadın hazırda karantinə yerləşdirilib və o mütəmadi həkim nəzarətində saxlanılır.Qeyd olunur ki, XE ştammı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada üzə çıxıb.Mənbə: Bloomberg Facebook-da paylaş