Azərbaycanın böyük oğlu Şahmərdan Cəfərovala bağlı film çəkildi

17-04-2016, 21:39           

Ermənilərin qorxulu yuxusuna çevrilən Şahmərdan Cəfərovla bağlı filim çəkilib. Sosial şəbəkədə hazırlanan filmin anonsu yayılıb.
Xəbərdar.net həmin anonsu oxucularına təqdim edir.

"Diqqət, sensasion video! İlk dəfədir ki, yayımlanır!
Ermənilərin qorxulu yuxusuna çevrilən Şahmərdan Cəfərovun sensasion videosunun anonsu...
Şahmərdan Cəfərovun ömrünün ən son günlərinin videosu. O, 1992-ci ildə Ermənistan Dərman Fermentasiya İdarəsinin rəisinin qızını Sədərəkdə əsir götürmüşdü. Şahmərdan evə gəlib deyir ki, həmin əsiri azad etmək üçün ermənilər ona Moskvadan zəng edərək, bir çamadan qızıl təklif ediblər. Şahmərdan bundan imtina edib, erməni əsirin azad olunması əvəzində Xocalıda girov götürülən azərbaycanlı qadınlardan 10 nəfərinin geri qaytarılmasını tələb edirdi. Uzun danışıqlardan sonra ermənilər bu tələblə razılaşmışdılar.
Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin tələbi ilə erməni əsir Naxçıvan Muxtar Respublika Müdafiə komitəsinə təhvil verildi. Bundan sonra həmin əsirin taleyindən heç kimin xəbəri olmadı. Şübhəsiz ki, həmin qız ermənilərə qaytarıldı..."
Xeberdar.net.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.