Qorxmaz Hüseynov korrupsioner kadrlara üstünlük verir? - 1-ci müavinin qohumu necə azadlığa çıxdı?
18-04-2016, 12:57
Hələ 2014-cü ilin oktyabr ayında həbs olunan Babək Həsənovun elə həmin ərəfədəcə kimliyi məlum oldu. Belə ki, rüşvət ittihamı ilə qolların qandallanan Həsənov «Azərsu» Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. İndisə onunla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub.
Yeni xəbərlərə keçməzdən öncə isə Babək Həsənovun həbsinin motivləri barədə köhnə bilgiləri xatırlayaq. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, həbsinə qədər Babək Həsənov təkcə departament rəisi kimi «Azərsu»da müəyyən üstünlüyə sahib deyildi: "O, Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun qardaşının kürəkəni kimi ASC-də qeyri-rəsmi status qazandığından bir sıra iri maliyyə mənimsəmələrinin başında duran əsas şəxslərdən olub. Halbuki onun təmsil olunduğu Hüquq Departamentinin tabeliyində cəmi iki şöbə olub. Bu şöbələr isə «Texniki şərt» sənədlər toplusunu hazırlamaqda hökmlü olmayıb. Ancaq dediyim kimi, qeyri-rəsmi status Babək Həsənova xüsusi üstünlük tanıyıb. Həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan "Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb. Maraqlı burasıdır ki, bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib".
DİA.AZ-a daxil olan məlumatlardan ayıdn olur ki, artıq Babək Həsənov azadlıqdadır. Bu barədə xəbəri verən qaynaq iddia edir ki, bir neçə ay əvvəl "Azərsu"nun daha bir nüfuzlu siması barədə də hüquq-mühafizə orqanları araşdırma aparırdı: "İndi isə məlum olur ki, həmin şəxs beynəlxalq layihələrin texniki şöbə rəisi vəzifəsinə təyin olunub. Görünür, Qorxmaz Hüseynova elə bu cür kadrlar lazımdır. Boğaza qədər çirkaba bulaşmış"...
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...