İlham Əliyevin 80-ci illərdə sürdüyü maşın - FOTO

18-04-2016, 21:33           
İlham Əliyevin 80-ci illərdə sürdüyü maşın - FOTO
Azərbaycan prezidentinin 1980-ci ildə sürdüyü avtomobilin fotosu yayılıb.

teref.az-nun baku.ws-ə istinadən məlumatına görə, Lipetskdə yerləşən "Qaliçya qora" qoruğunda 1975-ci il istehsallı "Ford Qrenada" avtomobili var. Qoruğun əməkdaşları deyirlər ki, bu avtomobili vaxtında Azərbaycanın indiki prezidenti İlham Əliyev idarə edib.

Sözügedən avtomobili Kanada nümayəndə heyəti 1980-ci Olimpiadasında Moskvaya gətirib. Avtomobili Azərbaycan mərhum prezidenti Heydər Əliyev alıb. İlham Əliyev bu avtomobildə o zaman xeyli vaxt keçirib.

1980-ci illərin ortalarında qoruğun direktoru, qeyri-adi avtomobillərin böyük həvəskarı idi və "Ford Qrenada"nı öz maşınlarından biri ilə dəyişib. Sonra avtomobilin mühərriki və ötürmə qutusu sıradan çıxıb. O vaxtdan maşın qoruqda talvarın yanında dayanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru