Bill Qeyts keçmiş həyat yoldaşı ilə evlənmək qərarına gəldi
3-05-2022, 16:53
Bill Qeyts və Melinda Qeyts keçən may ayında boşandıqlarını elan etmişdilər. 27 illik evlilikdə cütlük dörd uşaq böyüdüb. Boşandıqdan bir il sonra iş adamı keçmiş həyat yoldaşı ilə yenidən qovuşmağı düşünüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı xarici mətbuat yayıb.
“Bizim gözəl evliliyimiz olub. Təəssüf ki, boşanmaq məcburiyyətində qaldıq. Amma bir dəfə onu seçdiyimə görə qətiyyən peşman deyiləm, onun yerində başqasını təsəvvür edə bilmirəm. Gələcəkdə onunla yenidən evlənərdim” - deyə Bill Qeyts qeyd edib.