Rusiya işğalçıları ölülərini toyuq hinində yandırırlar – ONLAR DÖYÜŞDƏN İMTİNA EDƏN HƏRBÇİLƏR ÜÇÜN HƏBSXANA DA YARADIBLAR

15-05-2022, 11:29           
Rusiya işğalçıları ölülərini toyuq hinində yandırırlar –
Zaporojye vilayətində, Poloqovski rayonunun şəhər tipli Kamenka qəsəbəsində ruslar döyüş meydanında həlak olan hərbçilərinin meyitlərini toyuq hinində yandırırlar.

Qafqaz.media xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi İdarəsi məlumat yayıb.

Rusiya işğalçılarının məktəbin ərazisini həbsxanaya çevirdiyi də bildirilir. Ruslar orda döyüşməkdən imtina edən hərbçilərini saxlayırlar.

Qeyd olunur ki, kənddə ruslar çoxdur və onların texnikası mütəmadi olaraq hərəkətdə olur.

“Keçid məntəqələrində sənədləri yoxlayır, avtomobilə, telefona və şəxsi əşyalara tam baxış keçirirlər, son vaxtlar işğalçılar xüsusi buraxılış da tələb ediblər ki, bu da peşə komendantlığında verilir”, - rəsmi mənbələr bildiriblər.

Yerli sakinlər işğalçıların əhalinin siyahıyaalınmasını planlaşdırdıqlarını da bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru