Rus əsgərləri Ukraynada mülki şəxsləri güllələdi – ANBAAN VİDEO

16-05-2022, 00:06           
Rus əsgərləri Ukraynada mülki şəxsləri güllələdi – ANBAAN VİDEO
Rus əsgərləri 2022-ci ilin martında Kiyevin kənarındakı toqquşmalardan geri çəkilərkən iki silahsız mülki şəxsi güllələyiblər.
Sfera.az xəbər verir ki, bu barədə CNN telenakanalı məlumat yayıb.

Mənbə iki ukraynalının soyuqqanlı şəkildə qətlə yetirilməsinin müşahidə kameralarına düşən videosunu əldə edib. İndi hadisə Ukrayna prokurorluğu tərəfindən hərbi cinayət kimi araşdırılır.
Mülki şəxslərə hücumu qadağan edən müharibə qaydalarına görə bu hərəkət hərbi cinayət hesab olunur.
CNN qurbanların şəxsiyyətini müəyyənləşdirib. Onlardan biri talan edilmiş avtosalonun sahibi olub, adı açıqlanmayıb. Digəri isə orada mühafizəçi işləyən 68 yaşlı Leonid Alekseyeviç Plyats olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru