Tacikistanda DİN-in idarəsinə hücum: 1 ölü, 3 yaralı

17-05-2022, 10:01           
Tacikistanda DİN-in idarəsinə hücum: 1 ölü, 3 yaralı
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində ölkənin Daxili İşlər Nazirliyinin idarəsinə silahlı hücum olub.

“TASS xəbər verir ki, bu barədə məlumatı Tacikistan DİN yayıb.

Hücum nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Nazirliyin məlumatına görə, insident yerli cinayətkar qruplaşma tərəfindən törədilib.

Xatırladaq ki, mayın 16-sı Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin başçısı Mamadbokir Mamadbokirov və onun tərəfdarları şəhərdə qanunsuz mitinq təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru